Meksikada naməlum şəxslər məktəbliləri atəşə tutaraq 5 şagirdi yaralayıblar - VİDEO

Meksikada naməlum şəxslər məktəbliləri atəşə tutaraq 5 şagirdi yaralayıblar - VİDEO İki qadın və bir kişi avtomobildə məktəbə yaxınlaşaraq binanın girişindəki yeniyetmələrə tərəf atəş açıb
Digər ölkələr
25 Aprel , 2018 10:37
Meksikada naməlum şəxslər məktəbliləri atəşə tutaraq 5 şagirdi yaralayıblar - VİDEO

Bakı. 25 aprel. REPORT.AZ/ Meksikanın şimal-şərqindəki orta məktəblərdən birinin ərazisində baş verən atışma nəticəsində 5 şagird yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident dünən gecə Tamaulipas ştatındakı Siudua Viktoriya şəhərində baş verib.

Yerli KİV iki qadın və bir kişinin avtomobildə məktəbə yaxınlaşaraq binanın girişindəki yeniyetmələrə tərəf atəş açdığını bildirib. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Şagirdlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hüquq-mühafizə orqanları əməkdaşları hücum edən 3 nəfəri və silahlı hücumda onlara yardım etməkdə şübhəli bilinən digər 2 nəfəri saxlayıb. Saxlanılan şəxslərin bu hadisəni hansı motivlər əsasında törətməsi aydınlaşdırılır.

Son xəbərlər

Orphus sistemi