Meksikada naməlum silahlılar bara hücum edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Tabasko ştatının paytaxtının yaxınlığındakı Vilyaermos şəhərində baş verib. Silahlı qrup üzvlərinin hücumu zamanı azı 5 nəfər öldürülüb, daha 1 nəfər xəsarət alıb.
Cinayətkarlar bundan sonra ərazidən qaçaraq gizləniblər. Hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıblar.
Cinayətin arxasında hansı qruplaşmanın dayandığı məlum deyil.