Meksikada naməlum şəxslər bara hücum edib, iki nəfər ölüb

Meksikada naməlum şəxslər bara hücum edib, iki nəfər ölüb Meksikanın Morales ştatının Kuernavka şəhərində yerləşən “Antalya” barına təşkil edilən silahlı hücum zamanı iki nəfər qətlə yetirilib, on nəfər yaralanıb.
Digər ölkələr
2 Fevral , 2020 01:31
Meksikada naməlum şəxslər bara hücum edib, iki nəfər ölüb

Meksikanın Morales ştatının Kuernavka şəhərində yerləşən “Antalya” barına təşkil edilən silahlı hücum zamanı iki nəfər qətlə yetirilib, on nəfər yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, silahlı naməlum şəxslər əyləncə müəssisəsinə yaxınlaşaraq içəridəki insanlara atəş açıblar. Cinayətkarlar bundan sonra ərazidən qaçaraq gizləniblər.

Yaralı şəxslər, o cümlədən üç qadın zəruri tibbi yardım almaq üçün xəstəxanalara aparılıblar.

Hücumun səbəbləri barədə hələ ki, heç bir məlumat açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə Meksikada azı 35,5 min nəfər qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi