Meksikada naməlum şəxslər 8 nəfəri güllələyib

Meksikada naməlum şəxslər 8 nəfəri güllələyib Bakı. 28 yanvar. REPORT.AZ/ Meksikanın şimalında hücum zamanı 7 nəfər güllələnib, daha 1 nəfər xəsarət alıb.
Digər ölkələr
28 Yanvar , 2018 13:35
Meksikada naməlum şəxslər 8 nəfəri güllələyib

Bakı. 28 yanvar. REPORT.AZ/ Meksikanın şimalında hücum zamanı 7 nəfər güllələnib, daha 1 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Vanguardia" qəzeti Nuevo-Leon ştatının Baş Prokurorluğundakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Monterreyo yaxınlığındakı şəhərdə, yaşayış evində baş verib. Silahlı qrup üzvləri evə soxularaq atəş açıblar. Nəticədə 7 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada ölüb. 

"Mundo" qəzetinin məlumatına görə, yaralı şəxs də sonradan ölüb. Məlumata görə, hücuma məruz qalanlar hadisə zamanı futbol matçına baxırmış.

Qətlin azı 4 nəfər tərəfindən həyata keçirildiyi bildirilir. Onlar üzlərini başlıqla (paltarların yaxasına tikilən papaq – kapyuşon - red) bağlayıblar.

Hazırda hücumun səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi