Meksikada miqrant oğruları 6 min il müddətinə azadlıqdan məhrum ediliblər

Meksikada miqrant oğruları 6 min il müddətinə azadlıqdan məhrum ediliblər Meksika məhkəməsi dörd oğru barəsində uzunmüddətli hökm çıxarıb.
Digər ölkələr
30 Mart , 2019 07:59
Meksikada miqrant oğruları 6 min il müddətinə azadlıqdan məhrum ediliblər

Meksika məhkəməsi dörd oğru barəsində uzunmüddətli hökm çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, miqrant oğurluğunda ittiham edilən cinayətkarlar ümumilikdə 6 min ildən çox həbsxana cəzası alıblar. Ölkənin Baş Prokurorluğunun verdiyi məlumatda bildirilir ki, iki cinayətkarın hərəsi 1,87 min il həbsxana cəzasına məhkum edilib, daha iki nəfər 1,7 min il azadlıqdan məhrum olunublar. Onların hərəsi digər cinayətlərinə görə habelə müvafiq olaraq 1,2 min il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, onlar zərərçəkənlərə pul təzminatı da ödəməli olacaqlar.

İstintaq materiallarına əsasən, cinayətkarlar ötən ilin fevralında Matamoros şəhərində (Tamaulipas ştatı) polisin keçirdiyi reydin gedişatında 117 qeyri-leqal miqrantın azad edilməsindən sonra saxlanılıblar.

Tamaulipas ştatı sakinlərin çoxsaylı oğurluq cinayətləri ilə tanınır. Burada xüsusən miqrantlar narkokartellərin qurbanı olurlar.

Hüquq müdafiəçilərinin məlumatına görə, Meksikada il ərzində orta hesabla təxminən 20 min qeyri-leqal miqrant oğurlanır. Adətən cinayətkarlar bir insanın azad olması üçün 2 min dollar tələb edirlər.

Son xəbərlər

Orphus sistemi