Meksikada koronavirusdan ölənlərin sayı 10% artdı

Meksikada koronavirusdan ölənlərin sayı 10% artdı Meksikada daha 10 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
4 Aprel , 2020 09:46
Meksikada koronavirusdan ölənlərin sayı 10% artdı

Meksikada daha 10 nəfər koronavirusun qurbanı olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Şimali Amerika ölkəsində pandemiyadan ölənlərin sayı 60 nəfərə çatıb.

Nazirlik yoluxanların sayının da 1 510-dan 1 688-ə yüksəldiyini vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 990 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi