Meksikada koronavirusa yoluxma davamlı olaraq azalır

Meksikada koronavirusa yoluxma davamlı olaraq azalır Meksikada bir gün ərzində COVID-19 infeksiyasına minə yaxın yeni yoluxma halı aşkar edilib.
Digər ölkələr
27 aprel 2020 01:57
Meksikada koronavirusa yoluxma davamlı olaraq azalır

Meksikada bir gün ərzində COVID-19 infeksiyasına minə yaxın yeni yoluxma halı aşkar edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Epidemiologiya İdarəsinin başçısı Xose Luis Alomia bildirib.

Alomia Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yayılmış mətbuat konfransının gedişatında bildirib ki, pandemiyanın qlobal fəallığı azalır. Aktiv yoluxma halları davamlı olaraq enir.

Həkimlər son gün ərzində COVID-19-a 825 yoluxma halını təsdiq ediblər. Hakimiyyət xəstəliyə yoluxma ilə bağlı 7 612 şübhəli halı araşdırır. Virusa yoluxması təsdiq edilmiş pasiyentlərin ümumi sayı 67 635 nəfərdir.

Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-ya çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi