Meksikada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Meksikada koronavirusa yoluxanların sayı 90 mini ötdü Meksikada bir gündə koronavirusdan 151 ölüm qeydə alınıb.
Digər ölkələr
1 İyun , 2020 07:32
Meksikada koronavirusa yoluxanların sayı 90 mini ötdü

Meksikada bir gündə koronavirusdan 151 ölüm qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

O, qeyd edib ki, COVID-19-a yoluxmaların ümumi sayı 90 mini ötüb.

“Yoluxma hallarının ümumi sayı 90 664-ə çatıb. Ötən gün ərzində koronavirus testi 3 152 nəfərdə müsbət nəticələnib. Hakimiyyət orqanları COVID-19-la bağlı şübhəli 788 ölüm və 36 803 yoluxma hallarını öyrənir”, - nazirlik rəsmisi deyib.

Meksikada COVID-19-a ilk yoluxma 28 fevralda aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi