Meksikada koronavirusa yoluxanların sayı 22 mini ötdü

Meksikada koronavirusa yoluxanların sayı 22 mini ötdü Meksika hakimiyyəti ölkədə koronavirus üzrə yeni statistikanı açıqlayıb.
Digər ölkələr
3 may 2020 02:27
Meksikada koronavirusa yoluxanların sayı 22 mini ötdü

Meksika hakimiyyəti ölkədə koronavirus üzrə yeni statistikanı açıqlayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, COVID-19-dan bir gün ərzində 89 insan ölüb. Bununla da ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 22 088 nəfəri ötüb.

"Birinci yoluxma halının üzə çıxarılması anından Meksikada SARS-CoV-2 virusuna 22 088 yoluxma qeydə alınıb, 2 061 nəfər ölüb. Xəstələrin əksəriyyətində COVID-19-un sindromları müşahidə edilib", - Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel deyib.

Xatırladaq ki, Meksikada ilk yoluxma 28 fevralda aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi