Son sutka ərzində Meksikada koronavirusa 47 113 yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın əvvəlindən bəri ən yüksək göstəricidir.
“Report” xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində ölkədə daha 227 nəfər COVID-19 infeksiyasının qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 301 334 nəfərə çatıb.
Bu günə qədər Meksikada 75,37 milyon insan ikinci mərhələ üzrə vaksinasiya olunub. 2021-ci ilin dekabrında səlahiyyətlilər yaşı 60 və daha yuxarı olan insanların revaksinasiyasına başladılar.
Həmin şəxslərə buster doza üzrə vaksinasiya prosesində “AstraZeneca” peyvəndi vurulur. Ölkədə 127 milyona yaxın insan yaşayır.