Meksikada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 188 nəfər artıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya İdarəsinin direktoru Xose Luis Alomia bildirib.
O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 13 699 nəfərə çatıb. Ölkədə virusa 3 484 yeni yoluxma aşkarlanıb.
"COVID-19 xəstəliyindən 13 699 pasiyent ölümü təsdiq edilib", - nazirlik rəsmisi mətbuat konfransında deyib.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkar edilib. Hazırda virusa yoluxanların ümumi sayı 117 103 nəfərə çatıb. Onlardan 19 629 nəfəri hazırda aktiv koronavirus xəstəsidir. Son bir gündə daha 351 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Virusa ən çox yoluxma Mexiko şəhərində aşkarlanıb. Burada 30 831 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. Mexiko ştatında bu rəqəm 18 552 təşkil edir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.