Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 18-də Meksikanın İdalqo ştatı ərazisində yanacaq axan boru kəmərinin partlaması və ardınca yanğın baş verməsi nəticəsində ölənlərin sayı 117 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı region hökumətinin bəyanatına istinadən "Milenio" nəşri məlumat yayıb.
"Partlayış zamanı 68 nəfər ölüb, 49-u isə xəstəxanada keçinib", - deyə məlumatda qeyd olunur.
Stasionar müəssisələrdə daha 30 yaralı müalicəsini davam etdirir. İndiyədək 16 nəfərin meyitini tanımaq mümkün olub, onların qalıqları basdırılması üçün qohumlarına təhvil verilib.