Meksikada keçirilən əyləncə gecəsində 11 nəfər güllələnib

Meksikada keçirilən əyləncə gecəsində 11 nəfər güllələnib Ölənlərdən yeddisi kişi və dördü qadındır
Digər ölkələr
13 İyul , 2017 22:28
Meksikada keçirilən əyləncə gecəsində 11 nəfər güllələnib

Bakı. 13 iyul. REPORT.AZ/ Meksikada naməlum şəxslər əyləncə gecəsi zamanı yaşayış evinə daxil olaraq 11 nəfəri güllələyiblər.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə ölkə paytaxtı Mexiko yaxınlığında yerləşən Tisayuka bələdiyyəsində baş verib.

Qeyd olunur ki, ölənlər arasında yeddi kişi və dörd qadın var.

Qətlin motivi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi