Meksikada jurnalist öldürülüb

Meksikada jurnalist öldürülüb Meksikalı jurnalist Marqarito Martines Tixuanada evinin qapısının ağzında güllələnərək öldürülüb.
Digər ölkələr
18 Yanvar , 2022 08:34
Meksikada jurnalist öldürülüb

Meksikalı jurnalist Marqarito Martines Tixuanada evinin qapısının ağzında güllələnərək öldürülüb.

“Report” xəbər verir ki, bu barədə onun işlədiyi “Cadena Noticias” nəşri məlumat yayıb.

“Müxbir Marqarito Martines Eskivel bu səhər evindən çıxarkən güllələnərək öldürülüb. Polis araşdırmaya başlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi mövqe yoxdur”, - məlumatda deyilir.

Martines yerli və beynəlxalq nəşrlərlə müəllif və fotoqraf kimi əməkdaşlıq edib, regional cinayətlər mövzusunda ixtisaslaşmışdı.

2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb ki, bu da dünyanın istənilən ölkəsinə nisbətən ən yüksək rəqəmdir.

Son xəbərlər

Orphus sistemi