Meksikada iki cinayətkar qrup arasında münaqişə olub, 9 nəfər öldürülüb

Meksikada iki cinayətkar qrup arasında münaqişə olub, 9 nəfər öldürülüb Meksikanın Miçoakan ştatının Tepalkatepek şəhərinin girişində iki cinayətkar qrup arasında baş vermiş münaqişə zamanı 9 nəfər ölüb, daha 11-i yaralanıb.
Digər ölkələr
31 Avqust , 2019 07:36
Meksikada iki cinayətkar qrup arasında münaqişə olub, 9 nəfər öldürülüb

Meksikanın Miçoakan ştatının Tepalkatepek şəhərinin girişində iki cinayətkar qrup arasında baş vermiş münaqişə zamanı 9 nəfər ölüb, daha 11-i yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu regionun ictimai təhlükəsizlik naziri İsrael Patron deyib.

"Münaqişə yerində içərilərində 4 meyitin olduğu 5 avtomobil qalıb. Toqquşmada ümumilikdə 9 nəfər ölüb, daha 11 nəfər yaralanıb", - deyə o "Foro TV" telekanalına müsahibəsində bildirib.

Nazir münaqişənin iki narkokartel arasında baş verdiyini deməsə də, toqquşmanın Halisko ştatından olan cinayətkar qrupun Tepalkatepekdən keçmək istəyərkən başqa bir silahlı dəstə ilə qarşılaşması nəticəsində baş verdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi