Meksikada iki avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

Meksikada iki avtobusun toqquşması zamanı 16 nəfər həlak olub Meksikanın şimalında Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 13 insan xəsarətlər alıb
Digər ölkələr
6 Aprel , 2021 22:26
Meksikada iki avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

Meksikanın şimalındakı Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 13 sərnişin müxtəlif xəsarətlər alıb.

“Report” xəbər verir ki, bu barədə “El Universal” qəzeti öz saytında bildirib.

Hadisə regionun şimal-qərbində olub. Turistlərin olduğu avtobusla dağ-mədən müəssisəsinin işçilərini daşıyan xidməti avtobus Kaborka və Sonoyota şəhərləri arasındakı yolda toqquşublar.

Yol-nəqliyyat hadisəsinin səbəbləri haqqında məlumat verilmir. Ştat hakimiyyəti hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb.

Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi