Meksikada hərbçilərin olduğu avtomobil aşıb, ölənlər var

Meksikada hərbçilərin olduğu avtomobil aşıb, ölənlər var Meksikanın şimal-qərbindəki Sinaloa ştatının Kuliakan şəhərində baş verən qəzada beş əsgər həlak olub.
Digər ölkələr
17 Dekabr , 2021 04:54
Meksikada hərbçilərin olduğu avtomobil aşıb, ölənlər var

Meksikanın şimal-qərbindəki Sinaloa ştatının Kuliakan şəhərində baş verən qəzada beş əsgər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində əsgərlərin olduğu minik avtomobili bir neçə dəfə aşıb, daha sonra yol işləri aparılan ərazinin yaxınlığında qalmış buldozerə çırpılıb.

İlkin məlumata görə, faciəyə avtomobilin idarəetmədən çıxması səbəb olub.

Son xəbərlər

Orphus sistemi