Yuxarı
    Bağlamaq

    Meksikada hərbçilərə hücum nəticəsində 4 nəfər həlak olub

    Naməlum şəxslər yaralı cinayətkar olan təcili yardım maşınına və konvoya hücum ediblər

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Meksikanın Sinaloa ştatında Kuliakan şəhəri yaxınlığında hərbi patrula edilən hücum nəticəsində 4 nəfər həlak olub, 11 hərbçi yaralanıb.

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, hücüm səhər saatlarında Mexiko-Noqales yolunda baş verib.

    Naməlum şəxslər bundan əvvəl atışmada yaralanan cinayətkarı aparan təcili yardım maşınına və onu müşayiət edən konvoya hücum ediblər. Onların məqsədi yaralını azad etmək olub.

    Döyüş nəticəsində iki hərbi avtomobil tamamilə yanıb. Avtomobilin salonunda maşından çıxa bilməyən hərbçilər qalıblar. Üç əsgər və feldşer həlak olub. 

    Cinayətkarlar arasında ölənlərin olub-olmadığı barədə məlumat verilmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi