Meksikada hərbçilər narkokartel üzvlərini silah arsenalı ilə yaxaladı

Meksikada hərbçilər narkokartel üzvlərini silah arsenalı ilə yaxaladı Meksika hərbçiləri təhlükəsizlik qüvvələrinə hücumdan sonra ölkənin qərbindəki Nayarit ştatında "Xalisko - Yeni nəsil" narkokartelinin döyüş qanadının üç üzvünü tutublar
Digər ölkələr
22 Mart , 2021 01:16
Meksikada hərbçilər narkokartel üzvlərini silah arsenalı ilə yaxaladı

Meksika hərbçiləri təhlükəsizlik qüvvələrinə hücumdan sonra ölkənin qərbindəki Nayarit ştatında "Xalisko - Yeni nəsil" narkokartelinin döyüş qanadının üç üzvünü tutublar.

“Report” xəbər verir ki, bu barədə bazar günü “Noticias MVS” radiostansiyası bildirib.

Hərbçilərin apardığı axtarışların gedişatında saxlanılanlardan RPQ-7 qumbaraatanı, ABŞ istehsalı olan əl qumbaraları, bir neçə pulemyot və iki tüfəng götürülüb. Həbs edilənlərdən biri artıq etiraf edib ki, mütəşəkkil cinayətkar qruplaşmada muzdlu qatil kimi fəaliyyət göstərib.

"Xalisko - Yeni nəsil" narkokarteli özünün mövcudluğu haqqında 2010-cu ildə elan edib. Narkokartel hazırda Meksikanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biridir.

Son xəbərlər

Orphus sistemi