Meksikada helikopter qəzası baş verib: ölənlər var

Meksikada helikopter qəzası baş verib: ölənlər var Helikopter dağlarda itmiş qadını axtarmağa gedirmiş
Digər ölkələr
14 Mart , 2017 03:56
Meksikada helikopter qəzası baş verib: ölənlər var
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Meksikada polis helikopteri qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Mexikali şəhəri yaxınlığında qeydə alınıb.

Qəza zamanı helikopterdə iki heyət üzvü və iki xilaskar olub. Onların hamısı hadisə zamanı həlak olublar.

Polisin verdiyi məlumata görə, helikopter naqillərə toxunub. Nəticədə pilot ona nəzarəti itirib və helikopter yerə düşərək partlayıb.

Helikopter dağlarda itmiş qadının xilas edilməsi missiyasını yerinə yetirirmiş.

Son xəbərlər

Orphus sistemi