Meksikada həbsxanada baş verən kütləvi davada 16 nəfər öldürülüb

Meksikada həbsxanada baş verən kütləvi davada 16 nəfər öldürülüb Meksikanın Sakatekas ştatının hakimiyyət orqanları Menli Sosial Reinteqrasiyası Regional Mərkəzinin məhbusları arasında kütləvi toqquşmanın baş verdiyini bildirib.
Digər ölkələr
1 Yanvar , 2020 11:22
Meksikada həbsxanada baş verən kütləvi davada 16 nəfər öldürülüb

Meksikanın Sakatekas ştatının hakimiyyət orqanları Menli Sosial Reinteqrasiyası Regional Mərkəzinin məhbusları arasında kütləvi toqquşmanın baş verdiyini bildirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, kütləvi dava zamanı azadlıqdan məhrum edilmiş 16 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

"Hüquq-mühafizə orqanlarının birgə müdaxiləsi nəticəsində məhbusların təxminən 17 saatlıq davası dayandırılıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, xəstəxanaya 6 yaralı çatdırılıb. Yaralılardan biri sonradan ölüb", - deyə Sakatekas ştatının Təhlükəsizlik Nazirliyinin açıqlamasında bildirilir.  

Toqquşmalardan sonra həbsxanadan 4 odlu və 1 soyuq silah götürülüb. Məlumatda bildirilir ki, 1 həftə əvvəl həbsxanaya ümumi baxış keçirilib və müxtəlif qadağan olunmuş əşyalar müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi