Meksikada həbsxanada baş vermiş toqquşma zamanı azı 28 nəfər öldürülüb - YENİLƏNİB

Meksikada həbsxanada baş vermiş toqquşma zamanı azı 28 nəfər öldürülüb - YENİLƏNİB Münaqişənin səbəbləri hələlik məlum deyil
Digər ölkələr
7 İyul , 2017 01:00
Meksikada həbsxanada baş vermiş toqquşma zamanı azı 28 nəfər öldürülüb - YENİLƏNİB
Selfleadership.ru

Bakı. 7 iyul. REPORT.AZ/ Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında baş vermiş toqquşma zamanı azı 28 nəfər öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. 

Münaqişənin səbəbləri hələlik müəyyənləşdirilməyib.


***21:38

Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında baş vermiş toqquşma zamanı azı 5 nəfər həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Herrero ştatının təhllükəsizliyin əlaqələndirilməsi qrupunun nümayəndəsi Roberto Alvares Erediya məlumat yayıb.

İlkin məlumatlara görə, öldürülənlərin başları kəsilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.

Hazırda həbsxanada vəziyyət yenidən təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Hadisə yerində qətlin təfərrüatlarını müəyyən edən ekspertlər işləyir.

Son xəbərlər

Orphus sistemi