Meksikanın Oaxasa əyalətində 5.3 bal gücündə zəlzələ olub.
“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Zəlzələ yerin 27,4 km dərinliyində baş verib.
Oaxasanın Mülki Müdafiə Agentliyinin “Twitter”də yaydığı məlumatına görə, zəlzələ dağıntılara səbəb olub. Amma hələlik bununla bağlı ətraflı məlumat verilməyib.
Alparslan Öztürk