Meksikada gizli məzarlıqlarda 13 meyit aşkar edilib

Meksikada gizli məzarlıqlarda 13 meyit aşkar edilib Meksikanın Kolima ştatında bir neçə gizli məzarlıqdan 13 nəfərin meyiti aşkar edilib.
Digər ölkələr
7 May , 2019 08:44
Meksikada gizli məzarlıqlarda 13 meyit aşkar edilib

Meksikanın Kolima ştatında bir neçə gizli məzarlıqdan 13 nəfərin meyiti aşkar edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, gizli qəbirlər Mansanilyo və Tekoman bələdiyyələri ərazisində yerləşir. Onlar itkin düşmüş şəxslər barədə işin araşdırılması çərçivəsində tapılıblar. Ekshumasiyadan sonra onların nə zaman və hansı səbəbdən öldüyünü müəyyən etmək üçün ekspertizanın aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi