Meksikada gecə klubuna silahlı basqın edilib, beş nəfər öldürülüb

Meksikada gecə klubuna silahlı basqın edilib, beş nəfər öldürülüb Meksikanın mərkəzindəki Sakatekas ştatının Fresnilio şəhərindəki gecə klublarından birinə silahlı basqın edilib.
Digər ölkələr
4 İyul , 2022 00:43
Meksikada gecə klubuna silahlı basqın edilib, beş nəfər öldürülüb

Meksikanın mərkəzindəki Sakatekas ştatının Fresnilio şəhərindəki gecə klublarından birinə silahlı basqın edilib.

Bu barədə “Report” “TASS”a isitnadən xəbər verir.

Qeyd olunub ki, silahlı basqın nəticəsində beş nəfər öldürülüb, güllə yarası alan iki nəfər isə xəstəxanaya aparılıb.

İsti izlərlə hücum edənləri saxlamaq mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Rəsmi rəqəmlərə görə, 2021-ci ildə Meksikada 33,3 mindən çox insan zorakılığın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi