Meksikada fabrikdə partlayış baş verib: - 7 ölü

Meksikada fabrikdə partlayış baş verib: - 7 ölü Hadisə zamanı fabrikin bir neçə işçisi yanıq xəsarəti alıb.
Digər ölkələr
24 Sentyabr , 2016 00:32
Meksikada fabrikdə partlayış baş verib: - 7 ölü

Bakı. 24 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexiko yaxınlığındakı Kuautitlan-İskal şəhərində fəaliyyət göstərədn fabrikdə partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Mülki Müdafiə İdarəsinin yaydığı məlumata görə, hadisə zamanı 7 nəfər həlak olub. Onların arasında yanğınsöndürən də var.

Hadisə zamanı fabrikin bir neçə işçisi yanıq xəsarəti alıb. 

Hadisənin başvermə səbəbləri ilə bağlı məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi