Yuxarı

​Meksikada əyləncə klubuna silahlı hücum nəticəsində 4 nəfər ölüb

İnsident nəticəsində ən azı 14 nəfər yaralanıb

Bakı. 23 May. REPORT.AZ/ Meksikanın Verakrus ştatının Xalapa şəhərində silahlı insident baş verib. "Report"un məlumatına görə, bu haqda "Excelsior" portalı xəbər yayıb.

Məlumata görə, cinsi azlıqların olduğu kluba motosikllərlə gələn 3 naməlum şəxsin odlu silahlardan açdıqları atəş nəticəsində 4 nəfər ölüb, ən azı 14 nəfər isə yaralanıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Cinayətkarlar olaydan dərhal sonra ərazidən uzaqlaşıblar.

Qanlı olayla təxminən eyni vaxtda Orisaba şəhərindəki barda da iki narkoticarətçi qrup arasında qarşıdurma yaranıb. Atışma zamanı ən azı bir silahlının öldürüldüyü bildirilir. 

Öldürlən şəxs Orisabanın cinayətkar qruplaşmalarından birinin rəhbəri imiş.

Polis əməkdaşları barın zirzəmisinə daxil olmaq istədikdə isə cinayətkarlar asayiş keşikçilərinə silahlı müqavimət göstəriblər. Bu, üzun sürən atışma ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi