Meksikada "Discovery" telekanalının operatoru öldürülüb

Meksikada "Discovery" telekanalının operatoru öldürülüb Discovery telekanalının fotoqraf və operatoru Erik Kastilyo, Qerrero ştatının Akapulko şəhərində naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib.
Digər ölkələr
13 Sentyabr , 2019 06:13
Meksikada Discovery telekanalının operatoru öldürülüb

"Discovery" telekanalının fotoqraf və operatoru Erik Kastilyo, Qerrero ştatının Akapulko şəhərində naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Quadratin" xəbər agentliyi cümə axşamı məlumat yayıb.

Kastilyoya hücum 24 saat işləyən mağazanın yaxınlığındakı dayanacaqda olub. Agentliyin məlumatına görə, silahlı quldurlar onun yolsuzluq avtomobilini ələ keçirməyə çalışıblar. Nəticədə o, qətlə yetirilib.

Bu il Meksikada artıq 10-dan çox jurnalist zorakılığın qurbanı olub.

2000-ci ildən bəri Latın Amerikası ölkəsində ən az 150 media işçisi öldürülüb ki, onlardan da 9-u 2018-ci ilə təsadüf edib.

Son xəbərlər

Orphus sistemi