Meksikada dəfn mərasimi zamanı atışma olub: ölənlər və yaralananlar var

Meksikada dəfn mərasimi zamanı atışma olub: ölənlər və yaralananlar var Hadisənin motivi barədə məlumata verilmir
Digər ölkələr
7 Noyabr , 2017 02:44
Meksikada dəfn mərasimi zamanı atışma olub: ölənlər və yaralananlar var

Bakı. 7 noyabr. REPORT.AZ/ Meksikanın Quanaxuato ştatında dəfn mərasimində bir qrup şəxş tərəfindən həyata keçirilən hücum zamanı 4 nəfər ölüb, azı 6 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölənlər arasında qadın və uşaq da var.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıb. Hadisənin motivi barədə məlumata verilmir.

"Semaforo Delictivo"  ictimai təşkilatının məlumatına görə, bu ilin yanvarından sentyabradək kriminal qruplaşmalar tərəfindən həyata keçirilən cinayətlərin sayı 13510-a çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz çoxdur. 

Bu müddət ərzində 22 min insan zorakılığın qurbanına çevrilib. Bu isə ötən illə müqayisədə 22 faiz çoxdur.


Son xəbərlər

Orphus sistemi