Meksikada bir gündə koronavirusdan 454 ölüm qeydə alınıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında bildirib.
O, qeyd edib ki, COVID-19-a yoluxmaların ümumi sayı 71 100 nəfəri ötüb.
"Yoluxma hallarının ümumi sayı 71 105-ə çatıb, onlardan aktiv hallar 20%-dir - hazırda 14 020 nəfər müalicə edilir", - o deyib.
Meksikada COVID-19-a ilk yoluxma 28 fevralda aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün ərzində virusa yoluxma hallarının ümumi sayı 2 485 artıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.