Meksikada COVID-19-a yoluxanların sayı 400 mini keçib

Meksikada COVID-19-a yoluxanların sayı 400 mini keçib Meksikada son sutkada 7 208 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 402697-yə çatıb.
Digər ölkələr
174
29 İyul , 2020 08:43
Meksikada COVID-19-a yoluxanların sayı 400 mini keçib

Meksikada son sutkada 7 208 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 402 697-yə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 854 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 44 876-dır.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Vuhan şəhərində meydana çıxan koronavirus infeksiyası dünyanın 198 ölkəsində yayılıb.

Son xəbərlər

Orphus sistemi