Meksikada cinayətkarlarla toqquşmaya 300 polis və ordu qüvvələri cəlb edilib - FOTO

Meksikada cinayətkarlarla toqquşmaya 300 polis və ordu qüvvələri cəlb edilib - FOTO Meksikanın Halisko ştatında prokurorluq əməkdaşlarına silahlı hücum edilib.
Digər ölkələr
22 İyun , 2019 04:59
Meksikada cinayətkarlarla toqquşmaya 300 polis və ordu qüvvələri cəlb edilib - FOTO

Meksikanın Halisko ştatında prokurorluq əməkdaşlarına silahlı hücum edilib.

Bu barədə "Report" "Excelsior"a istinadən xəbər verir. Portalın məlumatına görə, silahlı toqquşma nəticəsində 2 yerli polis əməkdaşı həlak olub, həmçinin 2 cinayətkar öldürülüb, daha 2 nəfər isə yaralanıb. Polis hücum edənlərdən 3-ü saxlayıb və onları prokurorluğa çatdırıb.

Prokurorluq əməkdaşlarına hücumlar eyni zamanda Sapopan və Tlaxomulko bələdiyyələrində baş verib. Hücumlardan biri 1 saat davam edib. Cinayətkarları zərərsizləşdirmək üçün əraziyə vertolyotlar və təxminən 300 polis əməkdaşı, hətta ordu qüvvələrini cəlb etmək lazım gəlib. 

Son xəbərlər

Orphus sistemi