Meksikada cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurlayıb

Meksikada cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurlayıb Bakı. 13 fevral. REPORT.AZ/ Meksikada Halisko – Yeni nəsil narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.
Digər ölkələr
13 Fevral , 2018 01:15
Meksikada cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Meksikada "Halisko – Yeni nəsil" narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

Cinayətkarlar sosial şəbəkədə diz üstə dayanmış şəxslərin üzü maskalılarla videogörüntüsünü yerləşdiriblər. 

Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.

Oğurlananlar Baş Prokurorluğun tərkibindəki Kriminal Təhqiqat Agentliyinin əməkdaşlarıdır.  

Son xəbərlər

Orphus sistemi