Yuxarı

Meksikada həbsdən qaçan cinayətkarın yeri haqda məlumat verənlərə 5 milyon dollar mükafat vəd edilib

Rəsmi şəxslər cinayətkarın hazırda Meksikanın Sinaola ərazisində gizləndiyini güman edirlər

Bakı. 7 avqust. REPORT.AZ/ Meksikada yüksək səviyyədə qorunan həbsxanalardan biri kimi tanınan Altiplanodan qaçan cinayətkarın yeri haqda məlumat verənə böyük məbləğdə mükafat vəd olunub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, "Bəstəboy" ləqəbli Joaquin Quzmanın tutulmasına kömək edənlərə 5 milyon dollar mükafat veriləcək.

Məlumatda bildirilib ki, həbsdən qaçan şəxs ölkədə narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olub.

Rəsmi şəxslər cinayətkarın hazırda Meksikanın Sinaola ərazisində gizləndiyini güman edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi