Meksikada bir gündə 7 615  nəfərdə COVID-19 aşkarlanıb

Meksikada bir gündə 7 615  nəfərdə COVID-19 aşkarlanıb Son sutkada Meksikada koronavirusdan daha 736 nəfər ölüb.
Digər ölkələr
19 İyul , 2020 07:04
Meksikada bir gündə 7 615  nəfərdə COVID-19 aşkarlanıb

Son sutkada Meksikada koronavirusdan daha 736 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə Meksikada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 7 615 olub.

Ölkədə ümumilikdə COVID-19-a 338 913 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 38 888 pasiyent ölüb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi