​Meksikada bir ailənin 3 üzvü tropik qasırğanın qurbanı olub

​Meksikada bir ailənin 3 üzvü tropik qasırğanın qurbanı olub Güclü leysan nəticəsində yaşayış evi sürüşüb
Digər ölkələr
7 Avqust , 2016 07:21
​Meksikada bir ailənin 3 üzvü tropik qasırğanın qurbanı olub

Bakı. 7 avqust. REPORT.AZ/ Meksikanın şərqində yerləşən Verakrus ştatında "Erl" tropik fırtınası nəticəsində bir ailənin üç üzvü, həmçinin körpə uşaq həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat yayıb.

Faciə regionun mərkəzi hissəsində baş verib. Oradakı rayonlardan birində güclü leysan yağışları səbəbindən yaşayış evlərindən biri sürüşüb. Bu ailədən olan daha bir uşaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Ştatın paytaxtı Halapedə külək üç yaşayış evini dağıdıb, eyni zamanda iki nəfər xəsarət alıb. Bundan əlavə, hökumət 8 köhnə binanın sakinlərini təxliyə etmək məcburiyyətində qalıb.

Meksika Milli Meteoroloji Xidmətinin məlumatına görə, küləyin sürəti saniyədə 12,5 metrə, arabir güclənərək isə 18 m/saniyəyə çatır.

Son xəbərlər

Orphus sistemi