Meksikada bələdiyyə sədri öldürülüb

Meksikada bələdiyyə sədri öldürülüb Xose Rodriqes nahar zamanı güllələnib
Digər ölkələr
18 Dekabr , 2016 14:30
Meksikada bələdiyyə sədri öldürülüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Meksikanın cənubunda yerləşən Oahaka ştatının Okotlan-de-Morelos bələdiyyəsinin sədri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

"Report" xəbər verir ki, yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, bir qrup şəxs avtomat silahdan qardaşı ilə nahar edən Xose Vilyanuyeva Rodriqesə atəş açıb.

Məmur aldığı güllə yaralarından hadisə yerində keçinib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Naməlum şəxslər hadisə yerindən qaçıblar, onların axtarışı gedir.

Son xəbərlər

Orphus sistemi