Yuxarı
    Bağlamaq

    Meksikada başı kəsilmiş 7 nəfərin cəsədi aşkarlanıb

    Cəsədlər Kolima ştatının Mansanilo kurort şəhərində tapılıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Meksikada başı kəsilmiş 7 nəfərin meyiti aşkarlanıb.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Kolima ştatının baş prokurorluğuna istinadən məlumat yayıb.

    Məlumata görə, cəsədlər Kolima ştatının Mansanilo kurort, port şəhərində tapılıb. 

    Cəsədlər bir neçə saat əvvəl qaçırılmış taksi maşınında aşkarlanıb. Avtomobil Mansanilyodakı yola atılıb. 

    Cəsədlərdən biri qadın, beşi kişiyə məxsusdur.

    Qətlin narkomafiya qruplarından biri tərəfindən həyata keçirildiyi ehtimal olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi