Meksikada başı kəsilmiş 5 nəfərin meyiti tapılıb

Meksikada başı kəsilmiş 5 nəfərin meyiti tapılıb Onlar maşının içərisindən tapılıblar
Digər ölkələr
17 Yanvar , 2017 00:49
Meksikada başı kəsilmiş 5 nəfərin meyiti tapılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Meksika polisi ölkənin Qerrero ştatının inzibati mərkəzi olan Çilpansinqo şəhərinin küçələrindən birində atılmış avtomobildə başı kəsilmiş 5 nəfərin meyitini aşkar edib.

"Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti yazıb.

Cinayətkarlar başları avtomobilin üzərinə qoyublar. Hazırda maşının saxlanıldığı ərazi mühasirəyə alınıb. Öldürülənlərin şəxsiyyəti və cinayəti kimin törədə biləcəyi barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi