Yuxarı
    Bağlamaq

    Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb

    Həlak olanların sayı Oahakada 71 nəfərin öldüyünü təsdiqləndikdən sonra artıb© Tvc.ru

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Meksika sahillərində cümə günü baş verən 8,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb.

    Qeyd olunur ki, həlak olanların sayı Oahaka ştatının Mülki Müdafiə orqanı 71 nəfərin öldüyünü təsdiqlədikdən sonra artıb.

    "Onların sayı təkcə Oahakada 71 nəfərdir", - deyə mətbuat katibi Hesus Qonzales bildirib. Bununla yanaşı, Çyapas ştatında 15, Tabasko ştatında isə daha 4 nəfərin təbii hadisənin qurbanı olduğu bildirilir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi