Meksikada barda partlayış nəticəsidə 1 nəfər ölüb, 10 yaralı var

Meksikada barda partlayış nəticəsidə 1 nəfər ölüb, 10 yaralı var Bakı. 12 oktyabr. REPORT.AZ/ Cümə axşamına keçən gecə naməlum quldurlar Meksikanın Oaxaka ştatının Tustepek şəhərində eyni zamanda iki bara partlayan qumbara ilə hücum ediblər. Nəticədə bir nəfər ölüb və daha 10-nu yaralanıb.
Digər ölkələr
12 Oktyabr , 2018 06:57
Meksikada barda partlayış nəticəsidə 1 nəfər ölüb, 10 yaralı var

Bakı. 12 oktyabr. REPORT.AZ/ Cümə axşamına keçən gecə naməlum quldurlar Meksikanın Oaxaka ştatının Tustepek şəhərində eyni zamanda iki bara partlayan qumbara ilə hücum ediblər. Nəticədə bir nəfər ölüb və daha 10-nu yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin prokurorluğu məlumat yayıb.

Qumbaralardan biri "Diva" barında partlayıb. Daha iki qumbara isə "Libelula" barının yerləşdiyi yerə atılıb. Lakin onlar partlamayıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bundan əvvəl naməlum şəxslər Nuevo-Leon ştatında avtomobili atəşə tutaraq salonda olan 5 nəfəri qətlə yetiriblər.

Son xəbərlər

Orphus sistemi