Meksikada avtomobil bazarda izdihamı vurub: yaralılar var

Meksikada avtomobil bazarda izdihamı vurub: yaralılar var Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır
Digər ölkələr
22 Aprel , 2017 00:32
Meksikada avtomobil bazarda izdihamı vurub: yaralılar var
Courtesy İmage

Bakı. 22 aprel. REPORT.AZ/ Meksikada bazarda - "tianqis"də avtomobilin izdihamı vurması nəticəsində 10 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "W Mexico" radiosu xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə paytaxtda baş verib. Xilasedicilər xəsarət alanların xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qəzaya səbəb sürücünün sürət həddini aşması və nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, "tianqis"lər Mexikoda geniş yayılıb. Şəhərin bəzi rayonlarında küçələr 1 həftəlik nəqliyyat vasitələrinin üzünə bağlanılır və həmin ərazilərdə müxtəlif mallar, o cümlədən qida məhsulları satılır. 

Son xəbərlər

Orphus sistemi