Yuxarı

​Meksikada avtobus yük maşını ilə toqquşub: 10 ölü, 27 yaralı

Avtobus sürücüsünün sükan arxasında yatdığı bildirilir

Bakı. 25 iyun. REPORT.AZ/ Meksikanın şimalında yerləşən Çiuaua ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində ən azı 10 nəfər ölüb.

"Report" xəbər verir ki, federal polisin məlumatına görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb.

Məlumata görə, avtobus yolun düz hissəsində treylerin qoşqusuna çırpılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının fərziyyəsinə görə, avtobusun sürücüsü sükan arxasında yatıb, daha sonra idarəetməni itirib.

Avtobus heç bir sərnişindaşıma şirkətinə məxsus olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi