Bakı. 11 noyabr. REPORT.AZ/ Meksikanın şimalında yerləşən Sakatekas ştatında avtobusla cənazə daşıyan maşının toqquşması nəticəsində 6 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli "El Universal" qəzeti yazıb.
Meyit aparan cənazə maşınında iki kişi və iki qadın olub. Onların hamısı ölüb. Bundan əlavə, qəza avtobus sürücüsü və onun bir sərnişininin həyatına son qoyub.
Zərərçəkənlərə təcili tibbi yardım göstərilib. Onlardan birinin vəziyyəti ağırdır. Qəzanın səbəbləri araşdırılır.