Meksikanın cənubundakı Oaxaca əyalətində şəhərlərarası avtobus aşıb.
"Report" xəbər verir ki, bu barədə "Quadratin" xəbər agentliyi məlumat yayıb.
Hadisə nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlər arasında bir uşaq da var.
Faciəyə səbəb avtobusun minik avtomobili ilə toqquşması olub.
Əyalət prokurorluğu qəzanın baş vermə səbəblərini aydınlaşdırır.