Meksikanın ABŞ ilə sərhədyanı bölgəsində yaraqlılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş atışmada azı 12 nəfər ölüb.
“Report”
Ölkənin Tamaulipas ştatında alovlanmış qarşıdurma Migel Aleman bələdiyyəsini patrul edən əsgərlərlə “silahlanmış mülki şəxslər” arasında olub.
İnsidentdə əsgərlər arasında itkilərin olub-olmadığı açıqlanmayıb.