Yuxarı
    Bağlamaq

    Meksikada polislə quldurlar arasında baş vermiş atışmada 5 nəfər öldürülüb

    Quldurlar şəhər yaxınlığındakı magistral yolda polis patruluna hücum ediblər© Courtesy İmage

    Bakı. 17 mart. REPORT.AZ/ Meksikanın Xalisko ştatının Xokotepek şəhərində cinayətkarlarla polis əməkdaşları arasında atışma baş verib.

    "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" ştatın baş prokurorluğuna istinadən xəbər verib.

    Məlumata görə, quldurlar şəhər yaxınlığındakı magistral yolda polis patruluna hücum ediblər. Nəticədə asayiş keşikçiləri ilə cinayətkarlar arasında silahlı insident baş verib. Atışma zamanı 5 nəfər öldürülüb. 

    İlkin məlumatlar göstərir ki, atışma zamanı öldürülənlərin hamısı cinayətkarlardır. Lakin bir neçə quldur qaçıb gizlənməyə müvəffəq olub. Hazırda onların axtarışı davam edir.

    Polis əməkdaşları hadisə yerində cinayətkarlara məxsus bir neçə avtomobili və silahı müsadirə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi