Meksikada atışma nəticəsində 8 nəfər ölüb

Meksikada atışma nəticəsində 8 nəfər ölüb Silahlı şəxslər polisə hücum ediblər
Digər ölkələr
20 Mart , 2017 06:57
Meksikada atışma nəticəsində 8 nəfər ölüb

Bakı. 20 mart. REPORT.AZ/ Şənbə günü Meksikanın Verakrus ştatının Koşkiui şəhərində baş verən silahlı toqquşma nəticəsində beşi polis olmaqla 8 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Migel Anhel Yunes məlumat verib.

Polislərə silahlı şəxslər hücum ediblər, onların maşını yandırılıb.

Ölənlər arasında yerli merin kürəkəni də var. Canilər şəhər rəhbərini axtarmaq məqsədi ilə kürəkəninin evinə daxil olublar və onu öldürüblər. Daha sonra hadisə yerinə gələn polislərlə atışmaya giriblər.

İki silahlı şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi