Meksikada anomal istilər səbəbindən fövqəladə vəziyyət elan edilib

Meksikada anomal istilər səbəbindən fövqəladə vəziyyət elan edilib Bakı. 1 iyun. REPORT.AZ/ Meksikanın hakimiyyət orqanları anomal istilər səbəbindən ölkənin 31 ştatının 22-də fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
1 İyun , 2018 06:30
Meksikada anomal istilər səbəbindən fövqəladə vəziyyət elan edilib

Bakı. 1 iyun. REPORT.AZ/ Meksikanın hakimiyyət orqanları anomal istilər səbəbindən ölkənin 31 ştatının 22-də fövqəladə vəziyyət elan edib.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə Xidməti məlumat yayıb.

Xidmətin xəbərində bildirilir ki, ölkənin 573 bələdiyyəsi ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. Həmin bələdiyyələr Nayarit, Aşağı Kaliforniya, Cənubi-Aşağı Kaliforniya, Sonora, Oahaka, Çiuaua, Koauila, Duranqo, San-Luis-Potosi və digər ştatlarının ərazilərinə aiddir. Bu ştatların bəzi ərazilərində havanın hərarəti 45-50 dərəcəyə çatır.

Mayın 30-da Meksikanın paytaxtında son 100 ildə bu ay üçün demək olar ən böyük hərarət – 31,2 dərəcə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi