Meksikada 9 nəfər narkotacirlərarası münaqişənin qurbanı olub

Meksikada 9 nəfər narkotacirlərarası münaqişənin qurbanı olub Meksikanın Puebla şəhərində narkotik ticarəti ilə məşğul olan iki qrup arasında münaqişə azı 9 nəfərin həyatına son qoyub.
Digər ölkələr
13 Mart , 2019 07:23
Meksikada 9 nəfər narkotacirlərarası münaqişənin qurbanı olub

Meksikanın Puebla şəhərində narkotik ticarəti ilə məşğul olan iki qrup arasında münaqişə azı 9 nəfərin həyatına son qoyub.

“Report” "Proceso" portalına istinadən xəbər verir ki, əvvəlcə sellofana bükülmüş iki kişi və bir qadın meyiti aşkar olunub. Onların üzərində "Sinaloa" karteli adından ismarış olub.

Ardınca daha 4 cəsəd tapılıb. Onların üzərində isə "Halisko – Yeni nəsil" karteli adından məktub olub.

Daha iki nəfər şəhərin müxtəlif yerlərində güllələnib.

Puebla ştatının ictimai təhlükəsizlik naziri Manuel Alonso Qarsiyanın sözlərinə görə, qətllər narkotik ticarəti və yanacaq oğurluğu ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi